Gürcüstan-Ermənistan sərhədində 4,4 bal gücündə zəlzələ baş verib

Noyabrın 2-də axşam saatlarında Gürcüstan-Ermənistan sərhədindən 4 kilometr məsafədə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələ Marneuli şəhərində güclü, paytaxt Tbilisidə isə bir qədər zəif hiss olunub.

Mərkəzin yaydığı məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 19:50-də 4,4 maqnitudada qeydə alınıb.

ƏvvəlkiSumqayıtda tapılan azyaşlının valideynləri axtarılır
NövbətiErmənistanda baş verən avtobus qəzasında 30 nəfər yaralanıb