Gün ərzində Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 14 min 680 doza vaksin vurulub

Gün ərzində Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 14 min 680 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9459, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 5221 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 366 min 890-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 908 min 672, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 458 min 218 nəfərdir.