Güləş üzrə Azərbaycan çempionatında 5 çəkidə medalçılar bəlli olub

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kiloqramda medalçılar müəyyənləşib.

55 kiloqram

1. Elmir Əliyev (Neftçi)

2. Rəşad Məmmədov (“Neftçi”, Şəmkir)

3. Fərid Sadıxlı (Neftçi), İbrahim Nurullayev (Neftçi)

63 kiloqram

1. Ziya Babaşov (Neftçi)

2. Sakit Quliyev (Neftçi)

3. Pərviz Dadaşov (MOİK), Səid Xəlilov (Sumqayıt-Təhsil, “Neftçi”)

72 kiloqram

1. Fəraim Mustafayev (Neftçi)

2. Xalid Həsənov (Neftçi)

3. Rəsul Məmmədzadə (MOİK), Seymur Qasımov (Neftçi)

82 kiloqram

1. Tuncay Vəzirzadə (Neftçi)

2. Elmin Əliyev (MOİK, Lənkəran)

3. Kənan Abdullazadə (MOİK), Nicat Yeylaqaliyev (Abşeron)

97 kiloqram

1. Murad Əhmədiyev (Neftçi)

2. Məhəmməd Əhmədiyev (Neftçi)

3. Arif Niftullayev (Neftçi), Əli Quliyev (Neftçi)

Yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adlarının bəlli olacağı yarışa yanvarın 11-də yekun vurulacaq. İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcəklər.

ƏvvəlkiBaş katib ABŞ-ın BMT qurumlarından çıxmaq qərarından təəssüfləndiyini bildirib
Növbəti“Şahdağ”da “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri: Medallar uğrunda 11 ölkədən 20 idmançı mübarizə aparır