Güləşçimiz dünya çempionu olub

Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinə yekun vurulub.

Trend xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Seriyanın sonuncu mərhələsində millimizin 3 üzvü fəxri kürsüyə qalxıb. İbrahim Yusubov (90 kq) qızıl Ramiz Həsənovla (70 kq) Fərid Cabbarov (90 kq) isə gümüş medal qazanıb.

Dünya Seriyasının 5 mərhələsinin yekununda toplanan xallara əsasən, böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionatının medalçıları müəyyənləşib. İbrahim Yusubov 90 kq-da ən çox xal toplayan güləşçi kimi dünya çempionu ünvanına sahib çıxıb. Ramiz Həsənov (70 kq) və Omid Kamaliaqdam (80 kq) isə öz çəkilərində gümüş medal qazanıblar.