“Grand Swiss-2021”: Şahmatçılarımızdan iki heç-heçə

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin üçüncü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə şahmatçılarımızdan üçü Rusiya təmsilçiləri ilə mübarizə aparıb. Belə ki, Nicat Abasov Nikita Vityuqovla heç-heçə edib, Vasif Durarbəyli Daniil Dubova, Aydın Süleymanlı Mixail Antipova uduzublar. Digər şahmatçımız Rauf Məmmədovun hindistanlı Arjun Erigaisi ilə qarşılaşması da heç-heçə ilə başa çatıb.

İsveçrə sistemi üzrə keçirilən və on bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.