Göygöldə yol qəzasında ölənlərin sayı 8 nəfərə çatıb – FOTO – VİDEO – YENİLƏNİB-3

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub.

“Report”un Qərb mərkəzinin məlumatına görə, bunlar Daşkəsən rayon sakinləri – 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, 2018-ci il təvəllüdlü Rübab Eldəniz qızı Həsənova, 1934-cü il təvəllüdlü Firəngiz Dəmir qızı Orucova və 1958-ci il təvəllüdlü Nahidə Qəzənfər qızı Orucova (hamısı “VAZ-2107” markalı avtomobildə olublar), həmçinin 1986-cı il təvəllüdlü Aslan Əbülfət oğlu Camalov, 1949-cu il təvəllüdlü Həmid Səməd oğlu Bayramov, 1995-ci il təvəllüdlü Sevinc Mehman qızı Camalova və 2016-cı il təvəllüdlü Hüseyn Aslan oğlu Camalovdur.

Bundan əlavə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənova xəsarət alıb.


*** 15:33

Video əlavə edilib.


*** 14:01

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı nəfərə çatıb.

“Report”un Qərb mərkəzinin məlumatına görə, onlardan 2-si uşaq, 4-ü qadın, 2-si isə kişidir.


*** 12:47

Göygöl rayonunda ağır yol qəzası baş verib.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində ölüb, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəzada xəsarət alanların olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.