Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb

Göygöl rayonunda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə “VAZ-2107″nin toqquşması nəticəsində bir ailənin 5 üzvü dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.