Göyçayda əməliyyat keçirilib: Vəzifəli şəxs saxlanılıb

Göyçay rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.

Trend-in məlumatına görə, o keçirilən əməliyyat zamanı saxlanılıb.

Rəşad Şükürovun rayon icra hakimiyyətində aparılan qanun pozuntularında təqsirli bilindiyi deyilir.

Baş Prokurorluğun mətuat xidmətindən faktı təsdiq ediblər.