Gömrükdə 13 minə yaxın avtomobil saxlanılıb

İran gömrüyündə 13 minə yaxın avtomobil saxlanılıb. Saxlanılan 13 min avtomobilin 2 mini haqqında hüquqi araşdırmalar aparılır.

Trend-in məlumatına görə, bunu İran Gömrük Administrasiyasının baş direktoru Mehdi Mirəşrəfi deyib.

M.Mirəşrəfinin sözlərinə görə, araşdırmalar bitənə qədər avtomobillər buraxılmayacaq.