Gömrük Komitəsi 8 ayda büdcə öhdəliyinə 112,39 faiz əməl edib

İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-sentyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 112,39 faiz əməl edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, nəzərdə tutulan proqnozdan əlavə 351,99 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.