QHT erkən nikahlara qarşı layihə icrasına başladı

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Gender Bərabərliyi“ İctimai Birliyi “Yarımçıq təhsil, erkən nikah… SONU GÖRÜNMƏYƏN GƏLƏCƏK!” adlı layihəsinə  start verib.

Layihə erkən və qeyri-rəsmi nikahların bağlanmasının zərərli nəticələrinin təbliğindən ibarətdir. Layihədə əsasən gənc qızların yarımçıq qalan təhsillərinə səbəb olan halların müəyyən edilməsi və valideynlərin qızların təhsil almaqlarına sövq edilməsinə təşəbbüslərin hazırlanması, erkən və qeyri-rəsmi nikahın hüquqi problemləri və tibbi fəsadları barədə maarifləndirilmə işləri aparılacaqdır. Layihə 4 regionda, Lənkəran, Cəlilabad, Biləsuvar və Səlyan rayonlarında keçiriləcəkdir. Layihənin icra müddəti üç aydır (fevral ayının 1-dən may ayının 1-nə kimi).  Hazırlıq dövru ərəfəsində tədbirlərin keyfiyyəli keçirilməsi  üçün İşçi qrupu  tərəfində lazımi işlər aparılır.

ƏvvəlkiUşaqların satdığı salfetin içində narkotik olması ilə bağlı yalan məlumat yayan şəxs saxlanılıb
NövbətiPrezident İlham Əliyev Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya nazirini qəbul edib