Gecə Bakıda qan töküldü – Ər arvadını bıçaqladı

Bakıda gecə saatlarında bıçaqlanma baş verib.

Türk.az-ın məlumatına görə, hadisə Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qeydə alınıb. Ailə münaqişəsi zəminində 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hazırda vəziyyəti ağır olan Ə.Məmmədova 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir.

Qeyd edək ki, ailənin iki oğlan övladı var.