Gəncədə yanğın olub, bir nəfər xəsarət alıb

Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda tullantıların atıldığı yerdə baş vermiş yanğın yaxınlıqdakı fərdi evə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiGəncədə içməli su təchizatı yenidən qurulur – Fotolar
NövbətiPərviz Həşimlinin ölkədən çıxışına qoyulan məhdudiyyət götürüldü