Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulub

Gəncədə 15 yaşadək aerobika gimnastları arasında Avropa çempionatına yekun vurulub.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə İdman Sarayında 3 gün davam edən yarışda 20 ölkədən 380 gimnast iştirak edərək qitə birinciliyi uğrunda mübarizə aparıb.

Yarışın birinci və ikinci günlərində gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və “aerodans” proqramlarında təsnifat mərhələsində çıxış ediblər. Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma mərasimi baş tutub.

Sonuncu yarış günündə isə idmançılar final mərhələsində çıxış edərək Avropa çempionu adını qazanıblar.

ƏvvəlkiUkrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib
NövbətiQəzaya uğrayan Türkiyəyə məxsus hərbi təyyarənin göyərtəsində 20 hərbçi olub