Gənclər Naqif Həmzəyevin başlatdığı sosial aksiyanı maraqla qarşıladılar

Milli Məclisin deputatı Naqif Həmzəyevin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan olunmuş karantin rejimini nəzərə alaraq, başlatdığı ”5 kitab danış, 1 kitab qazan” adlı sosial aksiya gənclər tərəfindən maraqla qarşılanıb. 

”5 kitab danış, 1 kitab qazan” adlı sosial aksiya

Qısa zaman ərzində gənclər millət vəkilinin rəsmi facebook səhifəsində onlara ünvanladığı müraciətinə cavab olaraq oxuduqları 5 kitabın hər biri barədə 1 dəqiqəlik video çəkib info@hamzayev.az ünvana göndəriblər. Beləliklə, sosial aksiyaya qoşulan gənclər bir kitab hədiyyə qazanıblar.

”5 kitab danış, 1 kitab qazan” adlı sosial aksiya

Aldıqları hədiyyədən məmnun olan mütaliə həvəskarları öz facebook səhifələrində millət vəkilinə dərin təşəkkürlərini bildirib, onu “ gənclərin dostu” adlandırıblar.

Qeyd edək ki, ”5 kitab danış, 1 kitab qazan” adlı aksiyanın məqsədi koronavirus (COVID-19) infeksiyası ilə bağlı sosial izoliyasiyada gənclərin zamandan səmərəli istifadəsinə yardım olmaqdır.