Füzulidə tikilən aeroportu idarə etmək üçün yeni şirkət yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Fuzuli Airport” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan prospekti, ev 21, nizamnamə kapitalı 35 000 350 manatdır.

Adıçəkilən ünvanda həm də aviasiya sektorunda fəaliyyət göstərən “Silk Way Holdinq” MMC-yə məxsus bir sıra şirkətlər fəaliyyət göstərir.