Futzal üzrə Azərbaycan millisi Yunanıstan yığmasına qalib gəlib

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində fevralın 2-də Yunanıstan yığması ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, oyun 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Millimizin heyətində Vassoura, Eduardo Borges və Ramiz Çovdarov fərqləniblər.

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində birinci oyununda doğma meydanda Slovakiya yığması ilə qarşılaşıb və rəqibini 4:1 hesabı ilə məğlub edib.