Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq, İrlandiya və Portuqaliya ilə keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb.

“Report”un məlumatına görə, yığmanın baş məşqçisi Canni De Byazi 25 futbolçuya dəvət göndərib. Onların arasında “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç də var.

Qeyd edək ki, sentyabrın 1-də Lüksemburqun qonağı olacaq Azərbaycan millisi 3 gün sonra İrlandiyaya səfər edəcək. Yığma sentyabrın 7-də isə Bakıda Portuqaliya seçməsi ilə qarşılaşacaq.

1Aydın Bayramov“Sumqayıt”Qapıçı
2Mehti Cənnətov“Zirə”Qapıçı
3Şahrudin Məhəmmədəliyev“Qarabağ”Qapıçı
4Maksim Medvedev“Qarabağ”Müdafiəçi
5Bəhlul Mustafazadə“Qarabağ”Müdafiəçi
6Azər Salahlı“Keşlə”Müdafiəçi
7Təmkin Xəlilzadə“Zirə”Müdafiəçi
8Höccət Haqverdi“Sumqayıt”Müdafiəçi
9Elvin Bədəlov“Sumqayıt”Müdafiəçi
10Sərtan Taşkın“Zirə”Müdafiəçi
11Abbas Hüseynov“Qarabağ”Müdafiəçi
12Toral Bayramov“Qarabağ”Müdafiəçi
13Anton Krivotsyuk“Visla” (Plotsk, Polşa)Müdafiəçi
14İsmayıl İbrahimli“Qarabağ”Yarımmüdafiəçi
15Qara Qarayev“Qarabağ”Yarımmüdafiəçi
16Anatolii Nuriiev“Kolos” (Ukrayna)Yarımmüdafiəçi
17Filip Ozobiç“Qarabağ”Yarımmüdafiəçi
18Vüqar Mustafayev“Sumqayıt”Yarımmüdafiəçi
19Emin Mahmudov“Neftçi”Yarımmüdafiəçi
20Rəhim Sadıxov“Sumqayıt”Yarımmüdafiəçi
21Mahir Emreli“Legiya” (Polşa)Hücumçu
22Namik Ələskərov“Bursaspor” (Türkiyə)Hücumçu
23Əli Qurbani“Sumqayıt”Hücumçu
24Ramil Şeydayev“Qarabağ”Hücumçu
25Rüstəm Əhmədzadə“Minay” (Ukrayna)Hücumçu