Fransada təyyarə təcili eniş edib, ölənlər var

Fransada turist təyyarəsinin təcili enişi nəticəsində 3 nəfər ölüb.

Trend-in məlumatına görə, təcili eniş qərarı San-Briyo şəhər hava limanından havaya qalxdıqdan az sonra qəbul edilib.

Təyyarə hava limanına ən yaxın (təxminən 300 metr aralıda) meşəyə məcburi eniş edib. Bildirilib ki, təcili enişin səbəbləri hələ də bəlli deyil.

Eniş edən təyyarənin yaxınlığında polis əməkdaşları üç ölü – pilot və ər-arvadın cəsədini tapıblar. Fransa prokurorluğu hadisənin səbəblərini araşdırır.