Fransa sahillərində Aİ sanksiyaları altında olan tanker saxlanılıb

Fransa hərbçiləri Sen-Nazer limanında dayanmış Boracay neft tankerinə daxil olublar.

“Report” AFP-yə istinadla xəbər verir ki, Benin bayrağı altında üzən bu gəmi Avropa İttifaqının sanksiyaları altındadır.

Həmçinin Danimarka üzərində pilotsuz uçuş aparatlarının buraxılmasında iştirakda şübhəli bilinir.

“MarineTraffi”in məlumatına əsasən, gəmi Primorskdan çıxaraq Baltik dənizindən, Şimal dənizindən və La-Manş boğazından keçib. Fransa sahillərində isə onu Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi müşayiət edib.

Hazırda Boracay lövbərdə dayanıb. Ekipaj isə sənədləri təqdim etməkdən və hakimiyyətin göstərişlərini yerinə yetirməkdən imtina edib.

ƏvvəlkiBMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib
NövbətiAktauda Türk Dünyası Film Festivalı açılıb