Fransa prezidenti Makron 24 apreli “erməni soyqırımı günü” elan edir

Fransa prezidenti Emmanuel Makron 24 apreli “erməni soyqırımının ölkə boyunca anım günü” elan edib.

Macron bu bəyanatı fevralın 5-də Fransanın erməni icmasının təşkil etdiyi illik şam yeməyi zamanı verib.

Bu, Macron-un 2017-ci ilin seçki kampaniyası zamanı verdiyi vədlərindən biri idi.

Prezident deyib ki, Fransa “erməni xalqının Osmanlı imperiyasında qatil təqibini pisləyən” ilk ölkələrdən biri olub.

Şam yeməyini Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası təşkil etmişdi. Bu mərasim hər il keçirilir.

Fransa I Dünya Müharibəsi illərində iddia olunduğuna görə 1, 5 milyon erməninin osmanlılar tərəfindən qətliam və deportasiya edilməsini 2001-ci ildə rəsmən “soyqırım” kimi tanıyıb.

Almaniya da daxil daha 22 ölkə buna bənzər addım atıb.

Ermənistan bildirir ki, ermənilərin kütləvi qırğını “müasir tarixdə soyqırımın ilk nümunələrindən biridir” və nasist Almaniyasında II Dünya Müharibəsi zamanı 6 milyon yəhudiyə qarşı törədilən Holokostdan əvvəl baş verib.

Türkiyə bu ittihamları qəbul etmir və bildirir ki, ölənlərin sayı iddia edildiyindən qat-qat az olub və hadisələr Osmanlı hökuməti tərəfindən planlaşdırılmış və sistematik həyata keçirilən akt olmayıb.