“Formula 2”: Sıralama turunda qəza baş verib

“Formula 2” üzrə Azərbaycan Qran-prisində qəza baş verib.

“Report” xəbər verir ki, sıralama turunda “PHM Racing”dən Bred Benavidesin bolidi birinci döngədə təhlükəsizlik maneəsinə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb və pilot yarışı davam etdirə bilməyib.