“Formula 1” üzrə Monako Qran-prisinin qalibi məlum olub

“Red Bull”un meksikalı pilotu Serxio Peres “Formula 1” üzrə Monako Qran-prisinin yeddinci turunda qalib gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, yarış bazar günü keçirilib.

Pilotlar 77 dövrə vurmalı olsalar da, pis hava şəraiti səbəbindən 64-cü dövrədən sonra yarışı başa vurublar. Peres məsafəni 1 saat 56 dəqiqə 30,265 saniyəyə qət edib. İkinci yeri “Ferrari” komandasının pilotu ispan Karlos Sayns (1,154 saniyə yubanma), üçüncü yeri “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen (+1,491) tutub.

Yağış səbəbindən yarışın startı bir neçə dəqiqə gecikib. 27-ci dövrədə alman Haas pilotu Mik Şumaxer qəza keçirib, onun maşını idarəetməni itirərək hasara çırpılıb, pilot xəsarət almayıb.

Qeyd edək ki, cari mövsüm “Formula 1” üzrə Azərbaycan Qran-prisi 10 – 12 iyunda keçiriləcək.