Fizika sahəsində 2018-ci ilin Nobel mükafatı laureatlarının adları elan edilib

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi fizika sahəsində 2018-ci ilin Nobel mükafatı laureatlarının adlarını elan edib.

AZƏRTAC xəbər verir ki, Nobel mükafatına “Lazer fizikası sahəsində yenilikçi ixtiralara görə” üç alim – amerikalı Artur Eşkin, fransalı Jerard Moro və kanadalı Donna Strikland layiq görülüb.