“Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiq edib

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb.

“Report” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “stabil” olaraq “BB+” səviyyəsində təsdiq olunub.

Reytinqin “BB+” səviyyəsində təsdiqlənməsinə təsir edən əsas amillər arasında “Fitch” xarici ticarət balansında müsbət saldonun, aşağı səviyyədə xarici borcun olmasını göstərib.