Finlandiyada 45 saniyəyə koronavirusu aşkarlayan cihaz icad edilib

Finlandiyanın “Deep Sensing Algorithms” şirkəti insanın nəfəs aldığı havadan 45 saniyə ərzində koronavirusu aşkarlayan test cihazı üçün ümumavropa tibbi sertifikat alıb.

“Report” xəbər verir ki, cihaz forma və funksionallıq baxımından alkotesterə bənzəyir.

Qeyd olunur ki, qurğudan istifadə etmək asandır – insanın cihaza bir dəfə nəfəs verməsi kifayətdir və nəticə 45 saniyəyə məlum olur. Cihaz iki dəqiqə ərzində növbəti analiz üçün hazır olur. Dünyanın bir çox hava limanları cihazın sınaqdan keçirilməsinə maraq göstərir.