Filarmoniyada “Sən elə bir zirvəsən” adlı konsert təşkil olunub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı xanəndə Könül Məmmədlinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konserti təşkil olunub.

Filarmoniyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev) Əməkdar artist dirijor İlahə Hüseynovanın rəhbərliyi ilə çıxış edib.

Konsertdə Musa Mirzəyevin ”Azərbaycan rəqsi”, Firəngiz Babayevanın “Töhfə”, Nazim Quliyevin “Heyif”, Oqtay Kazıminin “Məhəbbət”, Hacı Xanməmmədovub “Aldatmayaq bir birimizi”, Cahangir Cahangirovun “Füzuli kantatasından” fraqment, Vasif Adıgözəlovun “Bayram süitası”, Oqtay Kazıminin “İnanmaram”, Ramiz Mirişlinin “Bir xumar baxışla”, Kamalın “Xalq Heydər söyləyəcək” və digər bəstəkarların əsərləri ilə yanaşı, xalq mahnıları da səsləndirilib.

ƏvvəlkiŞuşaya ilk turist səfərləri başlayır
NövbətiHeydər Əliyevin 100 illik yubileyi ilə bağlı Sabirabadda ağacəkmə aksiyası keçirilir