FHN: Puta Dəniz Limanında gəmidə baş vermiş yanğın söndürülüb

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilir.