FHN: Oğuzda 3 ha sahədə meyvə ağacları yanıb

Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında 3 ha sahədə kol-kos və ayrı-ayrı yerlərdə müxtəlif növ meyvə ağacları yanıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaxınlıqdakı fındıq bağları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.