FHN-in kollektivi Ulu Öndərin xatirəsini yad edib

Mayın 10-da xalqımızın Ümummilli Lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin kollektivi Fəxri xiyabanı ziyarət edib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in kollektivi Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.