FHN: Ağdam və Xocavənddə açıq ərazidə yanğın baş verib

Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

ƏvvəlkiKonfrans Liqası: “Araz-Naxçıvan” Yunanıstan klubu üzərində möhtəşəm qələbə qazanıb
NövbətiABŞ Qəzza zolağında atəşkəslə bağlı danışıqlar qrupunu geri çağırıb