Fernandu Santuş: Latviya və Macarıstanla görüşlərdə oyunçularımdan razı qaldım

Oyuna yaxşı başlamasaq da, bərabərlik qoluna imza atdıq. İkinci qola kimi matç balanslı şəkildə gedirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan ilə keçirdikləri yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, ikinci hissənin özləri üçün çətin keçdiyini bildirib: “Macarıstan millisinin çox yaxşı oyunçuları var. Topa nəzarət baxımından üstün idilər. Amma sonadək futbolçularım uğurlu nəticəyə inanırdı. Futbolda bəxt amili də önəmlidir. Latviya və Macarıstanla görüşlərdə oyunçularımdan razı qaldım”.

Qeyd edək ki, görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

ƏvvəlkiNazir müavini: Azərbaycanda 5G şəbəkəsinin istifadəyə verilməsi ilə bağlı “Yol xəritəsi” hazırlanır
NövbətiPrezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib