Fərid Cəfərov: Laçında MDB ölkələrinin kulinariyasını nümayiş etdirən xüsusi festival keçiriləcək

“Bildiyiniz kimi, ötən il oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının qərarı ilə Laçın şəhəri 2025-ci il üçün MDB məkanının mədəniyyət paytaxtı elan edilib. İyunun 3-də artıq bu proqramın rəsmi açılışı olacaq. Açılış çərçivəsində MDB ölkələrinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramının keçirilməsi, eyni zamanda, xüsusi mövzuda panel sessiya keçiriləcək. Bu panel sessiya “Davamlı inkişafda mədəniyyətlərarası dialoqun rolu” mövzusuna həsr olunub”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

“Sabah keçiriləcək proqram rəngarəngdir. Belə ki, Həkəri çayının sahilində MDB ölkələrinin kulinariyasını nümayiş etdirən xüsusi kulinariya festivalı da keçiriləcək. Bununla yanaşı, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü olan Uşaq İncəsənət Festivalının da xüsusi ərazisi burada yaradılacaq”, – deyə F.Cəfərov qeyd edib.

ƏvvəlkiCeyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb
Növbəti“Azercell” abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır