“Fərdi məlumatların mühafizəsi üzrə maarifləndirmə” layihəsinin icrasına start verildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyi “Fərdi məlumatların mühafizəsi üzrə maarifləndirmə” layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi fərdi məlumatların qorunması və məxfilik hüququ barədə ictimai məlumatlılığı artırmaq, bu sahədə cəmiyyətin, xüsusilə də gənclərin və İKT istifadəçilərinin bilik və bacarıqlarını inkişaf etdirməkdir. Layihə çərçivəsində kibertəhlükəsizlik mövzusunda sosial çarx çəkilərək sosial şəbəkələrdə nümayış etdiriləcəkdir. Eləcədə kibertəhlükəsizlik təlimlərinin həyata keçirilməsi nəzərdə tutulur.

“Fərdi məlumatların qorunması müasir dövrdə həm texnoloji, həm də hüquqi baxımdan prioritet məsələlərdəndir. Layihə vasitəsilə cəmiyyətin bu sahədə məlumatlılığını artırmaq və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq ictimai birliyin əsas məqsədlərindən biridir.

Layihə cari ilin iyun ayında start götürüb və 3 ay müddətində icra olunacaq. Təlimlər Bakı şəhərində həyata keçiriləcək.

Əlavə məlumat və iştirak üçün aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiniz:

Əlaqə:
“Ulduz” İKT sahəsində maarifləndirmə ictimai birliyi
E-poçt: samir@ulduz.org
Telefon: +994 50 270 85 75

ƏvvəlkiTramp Çinlə ticarət sazişi ilə bağlı razılığa gəldiklərini açıqlayıb
NövbətiTÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb