“Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində növbəti virtual sərgi

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində bu gün saat 18:00-da “Rəssamın evi” adlı virtual sərgi təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, qalereya sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.

Sərgi müxtəlif texnikada, rəssamların yaradıcı mühitinin təsvirini əhatə edən mövzularda Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən ibarət olacaqdır.

Virtual sərgini qalereyanın sosial media hesablarından izləmək mümkündür.