Prezident Donald Trampın Qəzzanın yenidən qurulmasında böyük rol oynamasını istəyirik.
AZƏRTAC xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə gələn ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündə bildirib.
“Qəzzaya humanitar yardımın daxil olması təmin edilməlidir”, – deyə əs-Sisi vurğulayıb.
Yaxın Şərq Sülh Sammitində 20-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Sammitdə Yaxın Şərqdə sülhlə bağlı rəsmi imzalanma mərasiminin olacağı gözlənilir.