Ersin Tatar Bakının azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 104-cü ildönümündə bu zəfərin əldə olunmasında əməyi olanları yad edir, 2 gün əvvəl Vətənin müdafiəsi zamanı şəhid olan Azərbaycan əsgərlərinə bir daha rəhmət diləyirik”, – o bildirib.