Ermənistanın iki “Su-25” təyyarəsi məhv edilib

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

ƏvvəlkiBQXK mülki şəxslər arasında qurban sayının artmasına səbəb olan zorakılıq hallarını şiddətlə qınayır
NövbətiNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından saxta məktublar göndərilir