Ermənistanda baş verən avtobus qəzasında 30 nəfər yaralanıb

Ermənistanın Tavuş vilayətinin Aqarçin kəndində tələbələri daşıyan sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Hadisə Haqartsin monastır kompleksinin yaxınlığında baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində 30 nəfər yaralanıb.

Səhiyyə nazirinin müavini Armen Qasparyan hadisə yerinə səfər edib. Əməliyyat olunan bir neçə xəstənin vəziyyəti stabil və ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti orta ağırdır.

ƏvvəlkiGürcüstan-Ermənistan sərhədində 4,4 bal gücündə zəlzələ baş verib
NövbətiDünya Kuboku: Azərbaycanın iki şahmatçısı növbəti mərhələyə yüksəlib