Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndini atəşə tutub.

“Report”un Qarabağ Mərkəzinin məlumatına görə, düşmən ötən gün axşam və bu gün səhər saatlarında Çıraqlı istiqamətində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub.

Düşmən əsas hədəf kimi mülki əhalini seçib. Lakin xəsarət alan olmayıb. Mərmilər cəbhə kəndində evlərin dam örtüyünə və hasarlarına dəyib.

ƏvvəlkiMədəniyyət Nazirliyi: “Keşikçidağ” kompleksi Azərbaycanın dövlət tarix-mədəniyyət qoruğudur
NövbətiJurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər