Ermənilər “Qarabağ”ın Polşadakı oyunundan əvvəl təxribat hazırlayıbmış

Polşanın paytaxtı Varşavada azərbaycanlılara qarşı təxribat törətməyə cəhd edən ermənilər yerli təhlükəsizlik xidməti tərəfindən saxlanılıb.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, üç gün əvvəl Polşanın “Wojska Polskiego” stadionu yaxınlığında 25 yaşlı Ermənistan vətəndaşı Damir Sarkisyan və 30 yaşlı Rusiya vətəndaşı Saak Qriqoryan saxlanılıb.

Yerli hüquq-mühafizə orqanları onların stadionda baş tutacaq futbol matçı zamanı azərbaycanlılara qarşı təxribat planlarını aşkarlayıb.

Saxlanılan ermənilər Polşadan deportasiya olunub.

ƏvvəlkiErmənistanın ələ keçirilmiş döyüş bayraqlarının görüntüləri
NövbətiPrezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib