Ərdoğan: “Akkuyu” AES-də tezliklə elektrik enerjisi istehsalına başlanacaq

Tezliklə “Akkuyu” Atom Elektrik Stansiyasında (AES) elektrik enerjisi istehsalına başlanacaq.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa və hökumətə müraciətində deyib.

“Çox yaxında “Akkuyu” Atom Elektrik Stansiyasında elektrik enerjisi istehsalına başlayacağıq. Amma bu sahədə başqa layihələrimiz də var. Bizi gözdən salmağa çalışan müxalifətin tənqidlərinə məhəl qoymayaraq, nüvə enerjisinə sərmayə qoymağa davam edəcəyik”, – Ərdoğan vurğulayıb.

Bundan əvvəl Türkiyənin energetika naziri Alparslan Bayraktar bəyan edib ki, Ankara stansiyanın dörd reaktorundan birincisini 2026-cı ildə istismara vermək niyyətindədir.

ƏvvəlkiRusiya neft şirkətlərinin iştirak etdiyi Azərbaycan və Qazaxıstan layihələri Britaniyanın sanksiyalarından azad edilib
NövbətiMərkəzi Seçki Komissiyasının iclası keçirilib