Energetika Nazirliyi vətəndaş cəmiyyəti institutlarına müraciət edib

Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin keçirilməsi ilə bağlı birgə yığıncaqda iştirak üçün müraciət etmiş 52 vətəndaş cəmiyyəti institutuna müraciət olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İctimai şuraya seçkilərin keçirilmə vaxtı martın 18-i saat 11:00-dan 15:00-dək müəyyən edilib.

Seçkilərdə iştirak üçün müraciət etmiş vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri həmin tarixdə şəxsiyyət vəsiqəsi ilə Hökumət Evinin inzibati binasının 5-ci qapısına yaxınlaşa bilərlər.

Seçicilərdən mövcud karantin tələblərinə ciddi riayət etmələri xahiş olunur.