“Elektron ipoteka və kredit zəmanət” sistemi çökdü

Kirayə mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində, saat 10:00-dan başlanılacağı açıqlanmışdı.

Türk.az xəbər verir ki, saat 10:00-a az qalmış “Elektron ipoteka və kredit zəmanət” sisteminə daxil olmaq mümkün olmayıb.

İlk yerlərdən sıra nömrəsi almaq üçün bu gün minlərlə vətəndaşın sistemə daxil olacağı gözlənilirdi.