Elektrik mühərrikli nəqliyyat vasitələri üçün infrastruktur yaradılacaq

Azərbaycanda ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələri üçün müvafiq infrastrukturun yaradılması istiqamətində təkliflər hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 2021-ci ilin I rübü üzrə hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələri üçün müvafiq infrastrukturun yaradılması istiqamətində təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilib.