Ekspertlərin Azərbaycan-Gürcüstan sərhədinə birgə baxışı təxirə salına bilər

Gürcü və azərbaycanlı ekspertlərin Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış sahələrinə birgə baxışı təxirə salına bilər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın “Interpressnews” agentliyi məlumat yayıb.

Eskpertlərin sərhədin razılaşdırılmamış sahələrinə iyun ayının sonunda baxış keçirəcəkləri gözlənilirdi.

Gürcüstan XİN-dən bildirilib ki, Azərbaycan tərəfi ilə bu məsələ üzərində işlər davam etdirilir, lakin birgə baxışın dəqiq tarixi hələ məlum deyil.

ƏvvəlkiDövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə iki müavin təyin edilib
NövbətiSəfir: “Bakıda başlayan Avropa Oyunları ənənəsi davam edəcək” – MÜSAHİBƏ