Əfqanıstanla toqquşmada Pakistanın 23 hərbçisi həlak olub, 29 nəfər yaralanıb

Oktyabrın 11-də Əfqanıstan yaraqlılarının Pakistanla dövlət sərhədində törətdiyi təxribat nəticəsində həlak olanların və yaralananların sayı açıqlanıb.

“Report” “Daily Pakistan”a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əfqanıstan tərəfinin hücumu nəticəsində Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb.

Nazirlik qarşı tərəfin itkilərinin sayının 200-dən çox olduğunu açıqlayıb. Bundan başqa, 21 mövqedə müvəqqəti nəzarət təmin olunduğu bildirilib.

Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları dövlət sərhədi boyunca Pakistan mövqelərinə hücum ediblər.

ƏvvəlkiZelenski və Tramp arasında telefon danışığı olub
NövbətiUkrayna və Fransa prezidentləri arasında telefon danışığı olub