ECO-nun Baş katibi: 40 ildən sonra təşkilat ilk Qadınlar Forumu keçirir

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) ilk Qadınlar Forumun gözəl Laçın şəhərində təşkilinə görə Azərbaycan hökumətinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dərin minnətdarlığımı bildirirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə ECO-nun Baş katibi Əsəd Məcid Xan Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu çərçivəsində deyib.

O qeyd edib ki, düz 40 ildən sonra təşkilat ilk Qadınlar Forumu keçirir.

“Forumun keçirilməsi təklifinə və uzaqgörən siyasi baxışa görə Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm”, – deyə Baş katib qeyd edib.

“Qadınların təşkilatın işinə necə daha effektiv töhfə verə biləcəyini birlikdə nəzərdən keçirmək üçün ECO regionundan liderləri və nümayəndələri bir araya gətirə bildiyimiz üçün çox xoşbəxtik”, – deyə o əlavə edib.

ƏvvəlkiAzərbaycan güləşçisi Avropa çempionatının finalına yüksəlib
NövbətiŞimali Kipr Türk Cümhuriyyətinin Prezidenti AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub