Dünya çempionatı: Azərbaycan minifutbol millisi Rumıniyaya qalib gələrək 1/4 finala yüksəlib

Azərbaycan minifutbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, yığma 1/8 finalda son dünya çempionu Rumıniyanı sınağa çəkib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyası oynanılıb.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv daha dəqiq oynayaraq (2:1) 1/4 finala vəsiqə qazanıb.

Komandamız bu turda İngiltərə seçməsi ilə qarşılaşacaq.

Əvvəlki“Azəristiliktəchizat” ASC-də Energetika Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
NövbətiPrezident İlham Əliyev “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib