Dövlət qulluğunda inzibati vəzifələr üzrə imtahanlara 127 müəllim nəzarət edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 11-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 6 bina, 132 zal, 6 ümumi imtahan rəhbəri, 15 imtahan rəhbəri, 127 nəzarətçi müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.